Əfqanıstanda 350-dən çox “Taliban” üzvü həbsdən azad edildi

Əfqanıstan hökuməti 361 “Taliban” üzvünü həbsdən azad edib.

PressklubTV-nin Trend-ə istinadən verdiyi məlumata görə, bunu ölkənnin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi deyib.

O bildirib ki, “Taliban” radikal hərəkatının 1500 üzvü azad edilənədək amnistiya mərhələli şəkildə davam edəcək.

Xatırladaq ki, fevralın sonlarında Qətərdə Əfqanıstan hökuməti ilə “Taliban” arasında sülh sazişi imzalanıb. Saziş xarici qoşunların 14 ay ərzində Əfqanıstandan çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.