Ərdoğan Nəqliyyat və infrastruktur nazirini vəzifəsindən azad edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nəqliyyat və infrastruktur naziri Məhmət Cahit Turhanı vəzifəsindən azad edib.

PressklubTV-nin APA-ya istinadən verdiyi xəbərə görə, rəsmi qəzetdə yer alan məlumatda bildirilib ki, Prezident bu vəzifəyə Məhmət Cahit Turanın müavini Adil Karaismayıloğlunu təyin edib.

Qeyd edək ki, Adil Karaismayıloğlu 2019-cu ilin sentyabrına qədər İstanbul Böyükşəhər Bələdiyyəsində baş katibin müavini olub, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə gəldikdən sonra istefa verib, Nəqliyyat və ifrastruktur nazirinin müavini təyin edilib.