Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfər tarixi açıqlanıb.

TASS agentliyinin verdiyi xəbərə görə, Türkiyə Prezident Administrasiyası Ərdoğanın sentyabrın 29-da Rusiyaya birgünlük işgüzar səfər edəcəyini açıqlayıb.

“Türkiyə Prezidentinin sentyabrın 29-da Soçi şəhərinə birgünlük səfəri gözlənilir”, – deyə qeyd olunub.