ABŞ-da antifrizi spirtlə səhv salan 11 hərbçi zəhərlənib, 2-nin vəziyyəti ağırdı

ABŞ-ın Texas ştatının Fort Bliss şəhərində 11-ci Hava Müdafiə Topçu Briqadasının 11 hərbçisi antifrizdən zəhərlənib.

“Sputnik” xəbər verir ki, hərbçilər sözügedən maddəni spirtlə səhv salıblar.

“CBS News”a görə, hadisə yanvarın 28-də 10 günlük səhra təlimi başa çatdıqdan sonra baş verib.

Polkovnik-leytenant Allie Paynenin sözlərinə görə, hərbçilərin hamısı “William Beaumont” Ordu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrində səhra təlimləri zamanı spirtli içki qəbul etmək qadağandır. Ordu Komandanlığı hadisənin araşdırılması ilə bağlı göstəriş verib.(APA)