ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Las-Veqas şəhərində baş vermiş atışma zamanı bir nəfər həlak olub, daha iki nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən yerli KTNV yerli telekanalı bildirib.

Asayiş keşikçilərinin məlumatına görə, Las-Veqas bulvarında bir qrup kişi arasında dava olub. Münaqişə iştirakçılarından biri qarşı tərəfə atəş açıb və gizlənməyə çalışıb. İki nəfər isə ona yaxınlaşaraq silahlı kişinin başına daş atıb. Təqib edilən şəxs onların hər ikisinə atəş açaraq onları da yaralayıb.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə yoxdur.

Hadisə yerinə gələn polis əməkdaşları atəş açan şəxs saxlamağa müvəffəq olublar. Hadisəni törədən kişi də başından yaralandığından ona tibbi yardım göstərmək lazım gəlib.