Aİ-nın XİN rəhbərləri Azərbaycana səfərlərini müzakirə edəcəklər

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Belçikanın paytaxtı Brüsseldə bir araya gəliblər.

“Anadolu” agentliyi xəbər verir ki, görüşdə Cənubi Qafqaz da müzakirə ediləcək.

Avstriya, Litva və Rumıniya xarici işlər nazirlərinin Gürcüstan, Azərbaycan və Ermənistana səfərlərinin nəticələri barədə Aİ-nin Xarici Əlaqələr Şurasına məlumat veriləcək.

Gündəlikdə duran mövzular arasında Əfqanıstan və Livandakı vəziyyət, Orta Şərq, Mozambiklə bağlı məsələlər də var.