Aslan Hüseynov faciəvi şəkildə ölüb

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, Qaradağ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ölən şəxs müğənni Aslan Hüseynovdur.

“Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb. Nəticədə sürücü A.Hüseynov vəfat edib”, – deyə DYP rəsmisi məlumat verib.

Qeyd edək ki, Aslan Hüseynov dörd gün əvvəl özünün “Instagram” hesabından anasının vəfat etməsi ilə bağlı paylaşım edib. (oxu.az)