Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10 152 829 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bir kvadratkilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Reendex

Must see news