Azərbaycan yığmasının iki oyunu təxirə salınıb

Azərbaycan millisinin qadınlardan ibarət futbol komandaları arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməsi nəzərdə tutulan iki oyunu təxirə salınıb.

AFFA xəbər verir ki, sentyabrın 16-da və 22-də keçirilməli olan Azərbaycan – Moldova və Azərbaycan – İspaniya qarşılaşmaları COVID-19 pandemiyası ilə əlaqədar müvafiq milli assosiasiyalar arasında qarşılıqlı razılaşma və UEFA-nın qərarı əsasında gələn ilə təxirə salınıb.

Qarşılaşmaların 2021-ci ilin fevralında keçirilməsi nəzərdə tutulub.