Azərbaycanda son sutkada 8 nəfər koronavirusdan ölüb

Son sutkada Azərbaycanda koronavirusa 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 626 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8779 nəfərdir.

Ölkədə son sutka ərzində 4 261, hazırkı dövrədək isə 6 010 761 test aparılıb.