Azərbaycanla Türkiyə arasında Protokol və Fəaliyyət Planı imzalanıb

Azərbaycan və Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında Protokol və Fəaliyyət Planı imzalanıb.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir bildirib ki, qeyd olunan sənədlər ölkələr arasında iqtisadi münasibətlərin dərinləşməsinə, yeni birgə layihələrin reallaşdırılmasına töhfə verəcək.