Bakıda 15-20 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası olub, ölən var

Bakıda baş verən zəncirvarı yol qəzasında 1 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev bildirib ki, ilkin məlumata görə, qəza nəticəsində daha 1 nəfər xəsarət alıb.

Hazırda DYP əməkdaşları hadisə yerində araşdırma aparır.

İlkin məlumata görə, qəza nəticəsində 15-20 avtomobil toqquşub