Bakıda ağır qəza baş verib, 5 nəfər ölüb – VIDEO

Aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur, ilkin məlumata görə, 5 nəfər dünyasını dəyişib.

Bu barədə ətraflı məlumat veriləcək.