Baş Prokurorluq: “Amnistiya Aktı ilə 1 921 şəxs artıq azadlığa buraxılıb”

“Amnistiya Aktı ilə ümumilikdə 1 921 şəxs artıq azadlığıa buraxılıb”.

Bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın prokurorluq orqanları tərəfindən icra vəziyyətinə dair brifinqdə deyib.

“Bu rəqəmlər dinamik şəkildə dəyişir” – o vurğulayıb.