“Britaniya ştammı” artıq 41 ölkədə aşkarlanıb

İlk olaraq İngiltərədə aşkar edilmiş yüksək yoluxuculuğa malik koronavirusun yeni növü artıq 41 ölkədə və ərazidə qeydə alınıb.

Trend TASS-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu barədə Cenevrədə dərc olunan həftəlik epidemioloji bülletenində elan edib.

“5 yanvar tarixindən etibarən ilk olaraq Birləşmiş Krallıqda qeydə alınan koronavirusun VOC-202012/01 variantına, az sayda olsa da, 40 əlavə dövlət/ərazi/regionda rast gəlinib”, – məlumatda deyilir.

Qeyd olunur ki, ilk məlumatları Cənubi Afrika Respublikasından gələn və “501Y.V2” növü kimi tanınan koronavirus ştammı başqa altı ölkədə/ərazidə/regionda təsbit edildib.