Britaniyada koronavirusa yoluxanların sayı 7,5 milyona çatır

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 31 564 yoluxma halı qeydə alınıb.

Trend-in “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 496 543 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 203 nəfər, hazırkı dövrədək isə 135 455 nəfər vəfat edib.