Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdə türk dünyasında əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.