ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya əlavə hərbi qüvvələrin göndərilməsini təsdiqləyib.
Bu barədə CNN ABŞ Administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildirib ki, qoşunların köçürülməsi yaxın günlərdə baş tutacaq.
CNN-in mənbələrinə görə, Polşada 2 min, Rumıniya da daxil olmaqla NATO-nun cənub-şərq cinahında daha bir neçə min hərbçi yerləşdiriləcək.
Pentaqonun yaxın vaxtlarda əlavə qüvvələrin yerləşdirilməsi barədə rəsmi açıqlama yayacağı gözlənilir.
“The Wall Street” jurnalı 3000-dən çox əsgərin avropalı müttəfiqlərlə həmrəylik nümayişi üçün göndəriləcəyini yazıb. Onlardan təxminən 2000-i Fort Braqqdan Polşa və Almaniyaya, daha 1000 əsgər isə Almaniyadan Rumıniyaya göndəriləcək. Bunun həftəsonunadək baş tutacağı bildirilib.