Ermənistan Müdafiə Nazirliyi Qarabağla bağlı üçtərəfli razılaşmanın tələblərinə əməl edəcək

Ermənistanın Müdafiə Nazirliyi Ermənistan baş naziri, Rusiya və Azərbaycan Prezidentləri tərəfindən imzalanmış üçtərəfli razılaşmanın tələblərinə əməl etmək niyyətində olduğunu açıqlayıb.

Ermənistanın Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs razılaşmasının öz üzərlərinə düşən bəndlərini həyata keçirəcəklər.(Trend)