Ermənistan ordusunda Rusiyanın köməyi ilə islahatlar aparılacaq – Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, orduda geniş islahatların anonsunu verib.

“Bu gün müdafiə nazirinin başçılığı altında orduda islahatlar nəzərdə tutan işçi qrupun yaradılması barədə sərəncam verəcəm. Bu prosesdə təhlükəsizlik sahəsində 1 nömrəli müttəfiqimiz Rusiya ilə sıx əməkdaşlıq edəcəyik”-deyə Paşinyan əlavə edib.