Ermənistanda koronavirusa yoluxanların sayı 227 936 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 220 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 227 936 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə koronavirusdan 1 ölüm halı qeydə alınıb, bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4573 nəfərə çatıb.