Ermənistanda koronavirusa yoluxanların sayı artır

Ermənistanda koronavirusa yoluxanların sayı 1 159 nəfərə çatıb.

PressklubTV-nin Trend-ə istinadən verdiyi məlumata görə, son sutka ərzində 48 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Ölkədə, həmçinin 1 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 18 nəfər koronavirusun qurbanı olub. 783 nəfərin müalicəsi davam edir.