Estoniya hökməti Belarusa qarşı sanksiyalar tətbiq edib.
PressklubTV-nin modern.az-a istinadən verdiyi xəbərə görə, 9 avqust seçkilərinin saxtalaşdırılmasına və aksiya iştirakçılarına güc tətbiq etməkdə təqsirli bilinən bütün məmurların Estoniyaya girişi qadağan olunacaq.
Qərarı baş nazir Yuri Ratas elan edib. Məmurların tam siyahısını ölkənin XİN-i hazırlayacaq.