Gürcüstanda zəlzələ olub

Bu gün yerli vaxtla 08:45-də Gürcüstanın Çeçenistanla sərhədində zəlzələ baş verib.

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

 

İlkin hesablamalara əsasən, zəlzələ 4,9 bal gücündə olub. Yeraltı təkanların episentri Gürcüstan sərhədindən 45 km məsafədə yerləşib.

Dağıntı və tələfat barədə məlumat verilməyib.