İran Londondakı seçki məntəqəsinə hücum edənləri məhkəməyə verəcək

İran ölkənin Londondakı konsulluğunda yerləşən seçki məntəqəsinə edilən hücumla əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni “Twitter” səhifəsində bildirib.

“Əksinqilabçı ünsürlərin İran vətəndaşına qarşı hücumu qanunla mühakimə ediləcək. Keçmişi terror bağlı olan və xarici dairələrlə əlaqəli saxta demokratiya tərəfdarları keçmişi səs vermək istəyən bir qadını vəhşicəsinə döyüblər. Nəticədə qadın ağır kəllə-beyin travması alıb”, – deyə Hüseyni yazıb.

Qeyd edək ki, Londondakı İran konsulluğunun qarşısında toplanan bir qrup şəxs səsverməyə mane olmağa çalışıblar. Onlar binaya girən hər kəsin üzərinə boya töküblər.