İranda 60 faizədək təmizlənmiş uranium əldə edilib

İran mütəxəssisləri 60 faizədək təmizlənmiş uranium filizinin ilk hissəsini əldə ediblər.

İSNA xəbər verir ki, bu barədə parlament sədri Məhəmməd Bağır Qalibaf bildirib.

Xatırladaq ki, 2015-ci ildə imzalanmış İran nüvə proqramına dair razılaşmaya (JCPOA – Müştərək Əhatəli Fəaliyyət Planı) İran cəmi 3,67 faizədək təmizlənmiş uranium istehsal edə bilər.