Lionel Messi ən çox qol vuran futbolçuların siyahısında birinci yerdə qərarlaşıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən onillikdə milli çempionatların yüksək liqasında ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bombardirlər cədvəlinə argentinalı Lionel Messi başçılıq edir.

İspaniya “Barselona”sının kapitanı 2010-2020-ci illərdə 346 qol vurub. Portuqaliyalı Kriştiano Ronaldo 2-ci sıradadır. Bu müddətdə İspaniya “Real”ı və İtaliya “Yuventus”unda oynayan hücumçu 332 dəfə fərqlənib. 248 qol vuran polşalı Robert Levandovski üçüncü pillədə yer alıb.

Zlatan İbrahimoviç (236), Luis Suares (224), Karlos Sausedo (213), Edinson kavani (209), Eran Zahavi (195), Sebastyan Taqliabue (193) və Serxio Aquero (193) da ilk “onluq”da yer alıb.

Ümumilikdə 36 futbolçu 150 və daha çox top vura bilib. Türkiyəli Burak Yılmaz da cədvəldə yer alıb. O, 186 dəfə fərqlənib. Burak dünyada 13-cüdür.