“Liverpul” Türkiyə millisinin üzvünü transfer etmək üçün hərəkətə keçdi

“Trabzonspor” klubunun qapıçısı Uğurcan Çakır “Liverpul”, “Sevilya” və “Leipziq” klublarının maraq dairəsinə düşüb.

Bu barədə “Express” agentliyi məlumat yayıb.

Verilən xəbərə görə, “Liverpul” klubunun rəhbərliyi 24 yaşlı qapıçı üçün 17,5 milyon avro ödəməyə hazır olduğunu elan edib.

Xatırladaq ki, Uğurcan Çakır Niderland və Norveç yığmaları ilə görüşdə Türkiyə millisinin əsas qapıçısı olub və meydanda etibarlı oyunu ilə seçilib.