Messi “Mançester Siti” ilə razılığa gəlib

İngiltərənin “Mançester Siti” klubu Lionel Messi ilə müqavilənin detallarını razılaşdırıb.

Bu barədə “Daily Record” məlumat yayıb.

Mənbə yazır ki, tərəflər beş illik müqavilə və ümumilikdə 700 milyon avro məvacib qarşılığında anlaşıblar.

Bundan əlavə qeyd olunur ki, razılaşmaya əsasən, ulduz futbolçu üç ilini “Mançester Siti”də, iki ilini isə ABŞ-ın “Nyu York Siti” klubunda keçirəcək.