Paşinyan Baş Qərargahın istefa tələbinə cavab verdi, tərəfdarlarını meydana çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatının hərbi çevrilişə cəhd olduğunu bildirib.

N. Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Bütün tərəfdarlarımızı elə indi Respublika meydanına çağırıram. Yaxın vaxtlarda birbaşa efirdə müraciətlə çıxış edəcəyəm”, – deyə o yazıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı bu gün N. Paşinyanın istefa verməsini tələb edən bəyanatla çıxış edib.