Peruda avtobus dərəyə aşıb, 17 nəfər ölüb

Perunun Libertad ştatında sərnişin avtobusu 200 metr hüdürlükdən dərəyə aşıb.

APA yerli “Erepepe” radiosuna istinadən xəbər verir ki, qəza nəticəsində azı 17 nəfər ölüb, 6 nəfər yaralanıb.

Avtobusda 33 nəfərin olduğu bildirilir.

Xilasedicilər hazırda itkin düşənləri axtarır.