Püşk atıldı: Türkiyə klublarının pley-offdakı rəqibləri məlum oldu

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Türkiyə təmsilçilərindən “Beşiktaş” evdə Portuqaliyanın “Rio Ave” komandasını mübarizədən kənarlaşdırsa, növbəti raundda İstanbulda “Milan” (İtaliya) – “Bodo Qlimt” (Norveç) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qalatasaray” Xorvatiyanın “Hayduk” (Split” komandasını üstələsə, “Villem II” (Hollandiya) / “Reyncers” (Şotlandiya) cütünün qalibi ilə səfərdə qarşılaşacaq.

“Alanyaspor” isə Norveçdə “Rusenborq”u yenə bilsə, İstanbulda “Mura” (Sloveniya) / PSV (Hollandiya) cütünün qalibi ilə görüşəcək.

Oyunlar oktyabrın 1-də keçiriləcək.(report)