Qazaxıstanda daha 64 nəfər koronavirusa yoluxub

Qazaxıstanda ötən sutka ərzində 64 nəfərdə koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Aşkarlanan yeni yoluxma halları Nur Sultan (2), Almatı (8) şəhərlərində, Akmolinsk (3), Aktyubinsk (1), Almatı (3), Atırau (3), Şərqi-Qazaxıstan (17), Jambıl (4), Qərbi-Qazaxıstan (7), Karaqanda (6), Kostanay (2), Pavlodar (2), Şimali-Qazaxıstan (5), Türküstan (4) vilayətlərində qeydə alınıb.

Bildirilir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 106 425 nəfər çatıb.