Qulu Məhərrəmlidən ritorik sual: “Həbsləri görəndə Ramiz Mehdiyev hansı hissləri keçirir”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, filologiya elmləri doktoru, Qulu Məhərrəmli ictmai əhəmiyyət daşıyan mövzulara şəxsi Facebook hesabından mütəmadi münasibət bildirir.

Qulu müəllim bu dəfə Azərbaycanda yaşanan məmur həbslərinə reaksiya verib. Onun yazdığı son statusu olduği kimi təqdim edirik:

– Sizcə, rüşvətxor icra başçılarının bu şəkildə həbsini görən “Şərqin böyük vəziri… siyasətdə Yuli Sezara, Atarürkə tən gələn” cənab Ramiz Mehdiyev hansı hissləri keçirir?

Axı bir vaxtlar bu adamları o əlahəzrət təlimatlandırıb iş başına göndərmişdi…!

Yeri gəlmişkən, qeyd edək ki, Yeni Azərbaycan Partiyasının sədr müavini, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, belə hadisələrin baş verməsi onları kədərləndirir: 

“Əgər məmur ona göstərilən etimadı doğrultmursa, vəzifəsini layiqincə yerinə yetirə bilmirsə onların haqqında qanunla ölçü götürülməsi doğrudur. Həbs olunan icra başçılarının hakim Yeni Azərbaycan Partiyasının üzvü olması bizi məyus edir. Bundan çox bizi məyus edən onların prezident İlham Əliyevin etimadını doğrulda bilməməsidir. Bunların əvəzində onlar xoşagəlməyən, cinayətə gətirən hallara yol veriblər. Yeni Azərbaycan Partiyası çalışır ki, bu cür xasiyyətləri xoş olmayan insanlardan xilas olsun”.