Səhiyyə naziri Oqtay Şirəliyev koronavirus əleyhinə peyvənd olunub

Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub.

Nazir Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan ilk keçənlərdən olub.

Nazirlə yanaşı, nazir müavinləri və digər rəsmi şəxslərə də koronavirus əleyhinə peyvənd vurulub.

Qeyd edək ki, bu gündən Azərbaycanda Çin istehsalı olan “CoronaVAC” vaksini ilə peyvəndlənmə həyata keçirilir.