Sərbəst güləşçimiz Turan Bayramov dörddəbir finalda məğlub olub

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.

74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.

İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.