Sabirabadda avtomobil yanıb, ölən var

Sabirabad rayonunda ölümlə nəticələnən yanğın olub.

Hadisə rayonunun Bulduq kəndində qeydə alınıb.

Belə ki, “Kia” markalı minik avtomobili yanıb. Hadisə yerinin kəşfiyyatı zamanı 1980-ci il təvəllüdlü Qəniyev Rafət Rafiq oğlunun yanmış meyiti aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.