Türkiyə Suriyanın şimalından gələn təhdidlərə dözmək niyyətində deyil – Ərdoğan

Ankara artıq Suriyada Türkiyəyə qarşı terror hücumlarının mənbəyi olan ərazilərlə bağlı dözmək niyyətində deyil.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib.

Türkiyə lideri bildirib: “Polis əməkdaşlarımıza edilən son hücum (“Fərat qalxanı” əməliyyatı zonasında) və torpaqlarımıza hədəflənən basqınlar artıq səbr çasamızı doldurub. Bu problemləri ən qısa zamanda həll etmək üçün lazımi addımları atacağıq”.

Onun sözlərinə görə, Türkiyə “Suriyanın şimalından gələn təhdidləri ya orada fəaliyyət göstərən yerli qüvvələrlə birlikdə, ya da öz vasitələri ilə ortadan qaldırmaqda qətiyyətlidir”.