Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü başlayır

Türkiyə və Ermənistanın nümayəndə heyətləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evinə gəlib.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

Rusiya XİN-in Qəbullar Evində Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşü keçiriləcək.

Türkiyəni Sərdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil edir.