Türkiyə və Rusiya XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı olub.

PressklubTV-nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat veriilib.

Bildirilib ki, XİN başçıları COVID-19 pandemiyası, turizm sahəsi və regional məsələlərlə bağlı fikir münabiləsi aparıblar.