Türkiyədə daha bir meşə yanğını olub

Türkiyənin Hakkari şəhərində daha bir meşə yanğını baş verib.

“Anadolu” agentliyi xəbər verir ki, yanğının söndürülməsi üçün işlərə başlanılıb.

Hakkarinin Şemdinli bölgəsində başlanan yanğın külək səbəbindən geniş əraziyə yayılıb. Yanğının yaşayış binalarına keçməsinin qarşısı alınıb.

Tədbirlər davam etdirilir.