Türkiyədə koronavirusun “omikron” ştamı dominantlıq edir

Türkiyədə hazırda koronavirusun “omikron” ştamı dominantlıq edir.

Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında açıqlayıb.

Nazir qeyd edib ki, bu ay yoluxma halları ötən ilin dekabr ayı ilə müqayisədə 4 dəfə artıb.

Buna baxmayaraq, xəstəxanaya koronavirus diaqnozu ilə yerləşdirilənlərin sayı azalıb.