Türkiyənin 9 vilayətinə giriş-çıxış qadağası ləğv olunur

“9 vilayətimiz –  Diyarbakır, Adana, Mardin, Trabzon, Ordu, Kahramanmaraş, Şanlıurfa, Tekirdağ, Dənizli vilayətlərinə giriş-çıxış məhdudiyyəti aradan qaldırlacaq”.

PressklubTV-nin APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronovirusla (COVİD-19) bağlı nazirlərlə keçirilən telekonfransdan sonra açıqlamasında bildirib.

Türkiyə prezidenti əlavə edib ki, indiyədək giriş-çıxış qadağası qoyulan 31 vilayətdən 22-də bu məhdudiyyət davam edəcək.