Xəzərdə zəlzələ qeydə alındı

Bu gün Xəzər dənizində maqnitudası 3,3 olan zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 20:44 -də qeydə alınıb.

Zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib.