Xalq artisti Ramiz Məmmədov dəfn olunub

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Vida mərasimi Təzə Pir məscidində baş tutub.

Mərasimdə R. Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib.