Yaponiyanın əksər şirkətləri olimpiadaya qarşı çıxdı

Yaponiya şirkətlərinin 60 faizdən çoxu Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasını və ya növbəti dəfə təxirə salınmasını istəyir.

Bu, yerli araşdırma mərkəzi olan “Syoko”nun iyunun əvvəlində apardığı sorğunun nəticələrindən sonra bəlli olub.

Sorğuda iştirak edən biznes nümayəndələrinin 34,7 faizi nüfuzlu yarışın ləğvinə, 29,3 faizi isə təxirə salınmasına səs verib. 36 faiz isə olimpiadanın planlaşdırılan tarixdə keçirilməli olduğunu qeyd edib. Bir ay ərzində bu göstərici 8 dəfə azalıb.

Respondentlərin əksəriyyəti (76,3%) olimpiadaların ləğv edilməsi və ya təxirə salınması zərurətinin əsas səbəbi kimi ölkədə vaksinasiya prosesinin aşağı səviyyədə olmasını göstəriblər. Səs verənlərin 75,7 faizi isə hesab edir ki, Yaponiyadakı epidemioloji vəziyyət Oyunlar vaxtı ölkəyə turistlərin gəlişindən sonra daha da pisləşə bilər.

Qeyd edək ki, olimpiadanın 23 iyul – 8 avqustda, paralimpiadanın 24 avqust – 5 sentyabrda keçirilməsi planlaşdrılıb.(Report)