Yumşalma daha çox paytaxta təsir edəcək – İbrahim Məmmədov

Karantin rejiminin yumşaldılması ilə Bakıda ictimai nəqliyyatın, parkların, bulvarın həyatında yeni mərhələ başlayır.

Bunu Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

O qeyd edib ki, mayın 18-dən tətbiq edilən yumşalma daha çox paytaxta təsir edəcək.