Zelinski xalqını Türkiyəni dəstəkləməyə çağırdı

Ukrayna Prezidenti Valdimir Zelenski Türkiyə ilə əlaqədar bəzi açıqlamalar verib.

“Haber Global” məlumat verir ki, o ukraynalı turistlərin Türkiyəyə səfərlərinin artırılmasının vacibliyini bildirib.

Türkiyəyə 10 apreldə baş tutan ziyarəti yüksək qiymətləndirən Zelenski mühüm razılaşmaların imzalandığını qeyd edib.

O Rusiyanın Türkiyəyə uçuşlardakı məhdudiyyətlərini qiymətləndirərək, Ukrayna vətəndaşlarını tətilə Türkiyəyə getməyə çağırıb:

“Rusiya Federasiyası Türkiyəyə turizmi məhdudlaşdıracağını bildirib. Bu, onların şəxsi işidir. Hesab edirəm ki, biz isə, əksinə, bu istiqamətdə turizmi inkişaf etdirməliyik və Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, – deyə Zelenski Ukrayna ilə Türkiyə arasında turist axınının artırıla biləcəyini vurğulayıb.